Stradivari skripkası Polşanın musiqi mədəniyyətinin beynəlxalq nüfuzunu artıracaq
16.12.2016

Antonio Stradivarinin skripkasının alınması üçün vəsait toplanması kampaniyası Polşanın müstəqilliyinin əldə edilməsinin 100 illiyinə hazırlıq proqramına daxil edilib.

Ən mahir skripka ustasının hazırladığı skripkalar vaxtilə Polşada olsa da, hazırda biri də yoxdur.

Vəsaitin yığılması kampaniyasına qoşulmaq çağırışını 200-dən çox mədəniyyət xadimi – artistlər, festival direktorları, musiqi tənqidçiləri, o cümlədən böyük bəstəkar Kşiştof Penderetski və xanımı Eljbeta imzalayıblar.

Kampaniyanın ideya müəllifi Milli Musiqi Forumunun direktoru Ancey Kosendyakdır. Təşəbbüs qrupunun fikrincə, Polşanın musiqi mədəniyyətinin beynəlxalq nüfuzu Stradivari skripkası kimi musiqi aləti sayəsində daha da artacaq

Ancey Kosendyak xatırladıb ki, Polşa kralı II Avqust Antonio Stradivariyə bir neçə skripka sifariş edib.

azertag.az