“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi çapdan çıxıb
16.12.2016

“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti (4/2016) nömrəsi nəşr olunub.

Jurnalın bu nömrəsində “Seçilmişlər” rubrikasında Joze Saramaqonun Nobel nitqi və “Kentavr” hekayəsi, “Azərbaycan ədəbiyyatı” rubrikasında Elçinin “Baş” romanının davamı, “Yubiley” rubrikasında Afaq Məsudun Ramiz Rövşənə həsr olunmuş “Ədəbiyyat və onun adamları” məqaləsi və şairin şeirləri, “Hekayə” rubrikasında Avqust Strindberqin “Məhəbbət və çörək”, Pavel Vejinovun “Mənim ilk günüm” əsərləri yer alıb.

Nəşrin digər rubrikalarında Valter Skottun gündəliklərindən seçmələr, Alister Makleodun “Qayıq” hekayəsi, Leonid Andreyevin hekayələri, Con Faulzun “Aristos” silsiləsi, rotterdamlı Erazmusun deklamasiyası, Yusteyn Qorderin “Portağal qız” romanından parça, İvo Andriçin hekayələri və digər maraqlı yazılar yer alır.

azertag.az