İndoneziya sakinləri 3 ildən bir ölülərini məzardan çıxarırlar
30.8.2012

İndoneziyanın cənub Sulavesi ərazisində “Manene” adlı ayin keçirilir. Yerlilər ölülərinə olan hörmətlərini nümayiş etdirmək və onları şərəfləndirmək üçün hər 3 ildən bir onların qəbirlərini açırlar.

Açılan qəbirdən çıxarılan ölünün geyimi təmizlənir, ehtiyac olarsa, yeniləri geyindirilir. Bir ailənin üzvləri bütün qohumlarının məzarlarını açaraq onları bir-bir bayıra çıxarırlar. Sakinlər üstünü təmizlədikləri və ya geyimini dəyişdirdikləri ölüləri kəndin ətrafında gəzdirirlər. Bu kəndin əhalisi əsrlər keçsə də ölülərin onlarla bərabər olduğuna inanırlar.

AzərTAc