Avqustun 29-u Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günüdür. Bu münasibətlə Çingiz Mustafayevin ailə üzvləri, dostları, həmkarları, ANS-çilər və onu tanıyanlar Şəhidlər xiyabanına gələrək Milli Qəhrəmanın xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə gül dəstələri qoymuşlar.
Həmin gün paytaxtın Yasamal parkında Çingiz Mustafayevə həsr edilmiş konsert proqramı təşkil edilmişdir.
ANS Şirkətlər Qrupunun Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi konsertdə tanınmış və gənc müğənnilərin ifaları dinlənilmişdir. Konsertdə rəqs kollektivlərinin çıxışları da maraqla qarşılanmışdır.
AzərTAc