Bakı beynəlxalq dəniz ticarət limanının texniki-iqtisadi əsaslandırması bu ilin sonuna kimi bitəcək.
Bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov məlumat verib.
"Hazırda limanın texniki-iqtisadi əsaslandırması üzrə işlər davam edir. Bu proses ilin sonuna kimi yekunlaşacaq. Təxmin edirəm ki, Milli Məclisin önümüzdəki sessiyasında müzakirəyə çıxarılacaq", - deyə T.Ziyadov qeyd edib.
Limanın baş direktoru əlavə edib ki, Limanın hüquqi rejimi də hazırlanaraq tamamlanıb və yaxın vaxtlarda hökumətə təqdim ediləcək.
report.az