Dünyanın ən unikal uşağı: saçlara baxın... - FOTO
30.8.2012

Şotlandiyanın Damfris şəhərində anadan olmuş Mitçell Makkeyin saçları əsrarəngiz, qəribədir.

Onun saçları sanki usta bərbər tərəfindən boyanıb, rənglənib. Həkimlərin dediklərinə görə, belə saçlı körpəyə ilk dəfə rast gəlirlər.

Cillian Makkeyin dünyaya gətirdiyi oğlunun saçları iki rəngdə, sıxdır. Saçların kökü qəhvəyi, ucları isə sarışın rənglidir.

Lüis və Cillian Makkeylərin dediklərinə görə, iyulun 28-də Hallouey Kral Hospitalında doğulmuş Mitçell nadir yox, adi uşaqdır.

"Balamda bir fərq görmürəm. Sadəcə, saçları gözəldir. Hələ belə gözəl saç görməmişdim", - Cillian deyib.

Milli.Az