"Azərbaycana səfər edən turistlərin 70 faizi ölkəmiz ilə vizasız rejimdə olan ölkələrin vətəndaşlarıdır".
Bunu "ASAN Viza" portalının təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.
Onun sözlərinə görə, vizasız rejimdə olan ölkələrdən turist axını onun göstəricisidir ki, bu rejim turistlərin sayının artırılmasına böyük təsir edir: "Turizm sahəsində viza prosedurun sadələşdirilməsi olduqca vacibdir. Bu prosedur sadələşdirilildikdə digər ölkələrdən gələn turistlərin sayında da artım qeydə alınacaq".
Nazir müavini qeyd edib ki, 2016 cı ilin ötən dövrü ərzində ölkəyə gələn turistlərin sayında 11 faiz artım müşahidə olunub: "Bu il İrandan gələn turistlərin sayı 58, Rusiyadan 7.4, Qazaxıstandan 15 faizdən çox artıb".
Nazim Səmədov deyib ki, elektron viza tətbiq edildikdən sonra Azərbaycana Avropa ölkələrindən gələnlərin sayında da artım baş verib: "Hazırda bizim əsas məqsədimiz nəinki statuslu hava limanlarında, ümumiyyətlə, bütün dövlət sərhəd keçid məntəqələrində viza rəsmiləşdirilməsi imkanlarının yaradılmasıdır".
report.az