"Kapital Bank" nağdsız əməliyyatlarla bağlı yeni aksiya keçirir
16.12.2016

"Kapital Bank" ASC ölkədə nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə "Bravo" marketlər şəbəkəsi ilə birlikdə yeni aksiya keçirir. Şərtlərə görə, "Gənclik Mall" ticarət və əyləncə mərkəzinin I mərtəbəsində fəaliyyət göstərən marketdə 200 manat və daha çox məbləğdə alış-verişi istənilən kartla nağdsız şəkildə ödədikdə, 20 manatlıq hədiyyə kuponu təqdim ediləcək.
Banka istinadən verilən xəbərə görə, hədiyyə olunan məbləği növbəti alış-veriş zamanı istifadə etmək mümkündür. Aksiyadan cümə, şənbə və bazar günləri alış-veriş edən müştərilər bəhrələnə bilər. Kampaniya yanvarın 15-dək davam edəcək.
Qeyd edək ki, "Kapital Bank" ASC "MasterCard International" və "Visa International" beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Ödəniş kartlarını Bankın filiallarında və ya korporativ veb-saytından onlayn sifariş etmək mümkündür. Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Bankın ölkə üzrə 600-dək bankomatı, 9 000-dək POS-terminalı var.

report.az