Yeniyetmə güləşçilərimiz dünya çempionunun mükafatı uğrunda yarışırlar
16.12.2016

Bu gün Dağıstanın Kaspiysk şəhərində dünya və beşqat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir start götürüb.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Dekabrın 17-dək davam edəcək turnirdə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun rəhbərliyi altında yığma komandanın 19 üzvü mübarizə aparacaq. Heyətdə Tofiq Əliyev, Elmir Cəlilov (hər ikisi - 42 kq), Məhəmmədsaleh Abakarov (46 kq), Ramiz Həsənov (50 kq), Əsgər Məmmədəliyev, Uğur Novruzov, Vüsal Hüseynov (hamısı - 54 kq), Turan Bayramov, Elmar Kazımov, Seymur Cəbrayılov (hamısı - 58 kq), Əşrəf Əşrəfov, Vahid Əliyev, Hacımurad Hacıyev (hamısı - 63 kq), Nəsib İsayev, Murad Ömərov, Davud İbrahimov (hamısı - 69 kq), İslam Əliyev, Abubakr Abakarov və Abdulmuslim Mamedov (hamısı - 76 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edir.

azertag.az