Dünyaca məşhur müğənni gizlicə ərə gedib
30.8.2012

Dünyanın ən məşhur müğənnilərindən birinə çevrilmiş Adel mediadan gizlin ərə gedib
Life & Style jurnalının son sayında verilən məlumata görə, Adel ötən ilin əvvəlindən bəri birlikdə olduğu Saymon Koneçki ilə ailə qurub.

24 yaşlı müğənni indi hamilədir.
Jurnal Adelin barmağında nişan üzüyü olarkən çəkilmiş paparassi fotolarını dərc edib.

Adel mühafizəkar, şounu sevməyən insandır. O, nikahının da xəbərə və şouya çevrilməsini istəmədiyindən özü və ailəsi üçün yaşamaq istəyir", - Adelin rəfiqələrindən biri deyib.
Adelin bu yaxınlarda ana olacağı deyilir.

big.az