Bakı şəhərinə daha çox turist cəlb etmək üçün onlayn məlumat platforması yaradılacaq.
Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, Milli Turizm Təbliğat Bürosu, ilk növbədə, Bakı şəhərinə daha çox turist cəlb etmək üçün onlayn məlumat platforması yaradacaq və onu işçi heyətlə təmin edəcək. Turizmləbağlı düzgün qərarların verilməsi məqsədilə məlumatların toplanması üçün onlayn alətlərdən istifadənin artmasını nəzərə alaraq, işçi heyət Bakı və əsas onlayn səyahət və məlumat platformaları (məsələn, “TripAdvisor”, “Four Square”, “LonelyPlanet” vəs.) ilə əlaqədar lazımi məlumatların (məsələn, şəkil, şərh, təlimatlar və s.) prioritet hesab olunan ingilis, rus, türk, ərəb, fars vədigər dillərdə tərtib olunmasını təmin edəcək.
Bundan başqa, qrup onlayn platformalara nəzarət edəcək və turizm təkliflərinin (məsələn, restoran, mehmanxana, tarixi və mədəni görməli yerlər və s.) təminat səviyyəsini müəyyən etmək məqsədilə hər altı aydan bir qiymətləndirmənin aparılması üçün müxtəlif mexanizmlər yaradacaq və turistlərin tələbləri üzrə (məsələn, görməli yerlərdə nişanların olmaması vəs.) müvafiq tədbirlər görəcək.
trend.az