İyunun 2-dən 5-dək Truskaves kurort şəhərində “Zolotaya pektoral” kinofestivalı keçirilmişdir. Festivalda Ukrayna, Azərbaycan, Gürcüstan, Rusiya Federasiyası, Argentina, Kuba, Latviya və Fransa kinematoqrafçıları iştirak edirdi.
Azərbaycanın “Nərimanfilm” kinostudiyasında istehsal edilmiş “Sahə” filmi “Ən yaxşı operator işi” nominasiyasında mükafata layiq görülmüşdür.
Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Yeganə Qafqazlı filmin yaradıcı heyətini bu mükafat münasibətilə təbrik etmiş, onlara daha böyük yaradıcılıq ilhamı və yeni uğurlar arzulamışdır.