Azərbaycana ilk qar yağıb
3.10.2011

Azərbaycana ilk qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın verdiyi məlumata görə, ilk qar Quba rayonunun Xınalıq kəndinə düşüb. Qar örtüyünün qalınlığı 3 sm təşkil edib.