AMEA-da Alimlər Evinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi məbədindən elm məbədinə" adlı birgə layihəsi çərçivəsində musiqili lektoriyalar təşkil olunacaq.
Akademiyanın mətbuat xidmətindən verilən məlumata görə, məqsəd musiqi sahəsində fəaliyyət göstərən alimlərin, musiqiçilərin təcrübəsini paylaşmaq, bu sahəyə marağı olan insanların biliklərini daha da zənginləşdirməkdir.
“Üzeyir Hacıbəyli – görkəmli bəstəkar, alim, şəxsiyyət” adlı ilk musiqili lektoriya dekabrın 20-də AMEA-nın Alimlər Evində keçiriləcək. Mühazirəçi Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudovadır.
report.az