İngilis dili üzrə üçüncü Bakı olimpiadası keçiriləcək
20.12.2016

Gələn ilin aprel-may aylarında ingilis dili üzrə üçüncü Bakı olimpiadası keçiriləcək. Olimpiada Azərbaycanın özəl və dövlət universitetlərində və kolleclərində bakalavr pilləsində təhsil alan tələbələr üçün təşkil olunur.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından bildiriblər ki, olimpiadanın keçirilməsində məqsəd azərbaycanlı gənclərin ingilis dilinə marağının artırılması, onların dil biliklərinin yoxlanılmasıdır.

Olimpiada dörd mərhələdə yazılı və şifahi formada aparılacaq. Birinci mərhələdə 100 sualdan ibarət test imtahanı keçiriləcək. Növbəti mərhələlərdə isə iştirakçıların oxuma, dinləmə və danışma bacarıqları yoxlanılacaq. Qaliblər qiymətli hədiyyələrlə təltif ediləcək.

azertag.az