Akademik Milli Dram Teatrında “Buzlar ölkəsində” nağıl-tamaşası təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 24-dən yanvarın 4-dək davam edəcək bayram tamaşası saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla təqdim ediləcək.
“Buzlar ölkəsində” nağıl-tamaşası Anar Sadıqovun müəllifi olduğu nağıl əsasında hazırlanıb.
Tamaşanın rejissoru gənc rejissor Əlif Cahangirlidir.
Səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov, Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova çıxış edəcəklər.
report.az