Oktyabr ayının 6-dan 8-dək Bakıda təhsil xidmətləri, gənclərin peşəkar istiqamətləndirilməsi və məşğulluğu sahəsində regionun ən iri tədbiri olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq “Təhsil və karyera” (“Education and Career”) sərgisi keçiriləcək. Bu il sərgidə 15 ölkədən yüzdən çox təhsil müəssisəsi iştirak edir. Sərgi çərçivəsində əsas diqqət yaşı 16 və daha çox olan ziyarətçi auditoriyası üçün nəzərdə tutulmuş “ali təhsil” və “dil bacarıqlarının təkmilləşdirilməsi” sektorlarına yönəldiləcəkdir.
Sərgidə “Karyera” sektoruna xüsusi diqqət verilir. Azərbaycanda işədüzəlmə və peşəkar kadrların seçilməsi hələ də gündəmdədir. “Karyera” sektorunun iştirakçıları və sərginin xəbərləri haqqında daha ətraflı məlumatı http://education.iteca.az vebsaytında əldə edə bilərsiniz.
Tədbir “Baku Ekspo” sərgi mərkəzində keçiriləcək.