Yeni ixtira - Üzük - FOTO
31.8.2012

Dizayner Meng Fandi ikiqat səssiz sistemli, zəngli saat funksiyasını yerinə yetirən iki üzük düzəltməyə nail olmuşdur.Bu qeyri-adi zəngli saat müxtəlif vaxtlarda oyanmağı planlaşdıran iki nəfər üçün nəzərdə tutulmuşdur.

Vaxtından əvvəl bir-birinə narahat etməmək üçün, onların hər biri əvvəlcə özlərinə lazım olan vaxtı ayrı-ayrı üzüklərdə qururlar,daha sonra bu xüsusi üzüklər barmağa taxılır. Daha sonra isə quraşdırılmış vaxtda vibrasiya nəticəsində üzüyün sahibi oyanır.

Bu üzüyün daha maraqlı cəhəti ondan ibarətdirki,bu zaman vibrasiya kifayət qədər səssiz olsa da,sahibini oyandıracaq qədər güclüdür.Beləliklə,bu üzük saatla bir-birini narahat etmək istəməyən iki nəfər üçün ən güzəl çıxış yoludur.

Big.az