Onun cəmi 9 yaşı olsa da, incəsənət ekspertləri və tanınmış rəssamlar onu "Balaca Mone" adlandırırlar. Çəkdiyi tabloları erkən impressionizm janrındakı şedevrləri xatırladan kiçik rəssamın əsərləri cəmi 15 dəqiqəyə satılıb.
9 yaşlı Kiron Uilyamson 4 il əvvəl, 2008-ci ildə, 5 yaşı olanda
peyzajlar çəkməyə başlayıb. O, həftədə üç əsər çəkir və indi onun
rəsmlərinin hər biri on minlərlə funt-sterlinqə satılır. İngiltərənin
Norfolk şəhərində yaşayan Uilyamsonun 24 əsəri bu günlərdə 250 min
funt-sterlinqə satılıb. Kironun əsərləri ilk dəfə 2009-cu ilin yayında
satılmışdı. Onda qapalı hərracda 19 tabloya 14 min funt ödənmişdi. Üç ay
sonra "Picturecraft" qalereyasındakı satışda Kironun 16 əsərinə 17 min
funt ödəndi. İndi isə Kironun "Mevagissey" tablosu 42500 funta
alınıb."İncəsənətdə hələ heç nəyi bilmirəm. Oxumaq, peşəkar rəssam olmaq
istəyirəm", - Kiron Uilyamson deyib.
Movqe.az