"Azər-Türk Bank" ASC “Beat Group” tərəfindən təşkil olunacaq “Bomba” Sosial Media Mükafatı layihəsinin sponsorlarından biri kimi çıxış edəcək.
Bu barədə bankdan bildirilib.
Məlumata görə, yenilikçi və innovativ bank olan "Azər-Türk Bank" layihədə iştirak etməklə korporativ şirkət və təşkilatların sosial mediada aktivliyinin stimullaşdırılmasına dəstək vermək niyyətindədir. Layihənin məqsədi son 1 ildə sosial şəbəkələrdəki korporativ səhifələrində çoxsaylı izləyici diqqətinə səbəb olmuş paylaşımlar etmiş şirkət və təşkilatları müəyyənləşdirərək mükafatlandırmaqdır. İlin ən güclüləri "Bomba" Akademiyası tərəfindən seçiləcək. Qaliblərin mükafatlandırılması mərasimi 11 fevral 2017-ci il tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.
İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən “Azər-Türk Bank” ASC 11 xidmət məntəqəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
report.az