Bakıda Uilyam Şekspirin "On ikinci gecə" tamaşası nümayiş etdiriləcək
22.12.2016

Nizami Kino Mərkəzində Uilyam Şekspirin “On ikinci gecə” pyes-komediyası əsasında səhnələşdirilmiş tamaşa nümayiş etdiriləcək.
Mərkəzdən verilən məlumata görə, səhnə əsəri "British Council Azərbaycan" və "Cool Connections" şirkəti ilə birgə dekabrın 26-da rus dilində subtitrlərlə təqdim olunacaq.
Tamaşada Şekspirin bəstələdiyi musiqi əsərlərinin bir qismi səslənir. 1601-ci ildə "Globe" teatrında təqdim olunan geyimləri, musiqi parçalarını, rəqsləri və bədii tərtibatları tədqiq edən tamaşada yalnız kişilər rol alıb.
Səhnə əsərinin rejissoru Tim Karroldur. Tamaşada rolları aktyorlar Stiven Fray, Mark Raylens, Semuel Barnett, Layam Brennan, Pol Çahidi, Con Pol Konnolli, İen Drisdeyl və Conni Flinn ifa ediblər.

report.az