Bakıda avtobus qatarla toqquşdu: çoxlu sayda ölən var – VİDEO
31.8.2012

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, saat 07:35 radələrində Bakı şəhəri, Qaradağ rayonunda dəmir yolu keçidində “Ağstafa-Bakı” marşrutu ilə hərəkət edən sərnişin qatarı və avtobus toqquşub.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, 6 nəfər hadisə yerində ölüb, 40 nəfərdən çox insan müxtəlif xəsarət alıb.

Xilasedicilər cəsədləri və yaralıları, ağır deformasiyaya uğramış nəqliyyat vasitəsindən müvafiq qaydada götürərək aidiyyəti üzrə təhvil verib. Habelə zəruri təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 09:25-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

VIDEO

Ann.az