Dekabrın 22-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının beş illiyinə həsr olunmuş tədbir keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev tədbirdə çıxış edərək xalqımızın ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb.
Fondun fəaliyyəti barədə məlumat verən F.Hacıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə yaradılan qurum dövlət gənclər siyasətinin həyata keçirilməsinə mühüm töhfə verir. Beş il ərzində Fonda 7098 layihə daxil olub. Onlardan 3341-i dəstəklənib. Həmin layihələrin 94-ü beynəlxalq layihələrdir. Onlardan 2284-ü fiziki şəxslər tərəfindən həyata keçirilib.
azertag.az