İtaliya Texnologiya İnstitutunda robot at yaradılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasından bildirmişlər ki, robot atın dörd ayağında səkkizi hidravlika, üçü isə elektromotorlar vasitəsilə hərəkət edən 12 oynaq mövcuddur.
Ümumi çəkisi 90 kiloqram olan robot saatda 15 kilometrə qədər sürətlə qaça bilir. İstehsalçılar yaratdıqları robotu stereokamera və lazerli məsafəölçən baş, həmçinin robotun beşinci bədən üzvü olan manipulyator - əl ilə təchiz etmək niyyətindədirlər.
Robotdan meşəçilik, təbiətin qorunması, kənd təsərrüfatı və digər sahələrdə istifadəsi nəzərdə tutulur.
AzərTAc