İran iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində dekabrın 27-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə Azərbaycan-İran biznes forumu keçiriləcək.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan məlumat verilib.
Forumda kənd təsərrüfatı və qida sənayesi, yüngül sənaye, əczaçılıq, nəqliyyat, logistika, turizm, İKT, tikinti, sement və digər tikinti materiallarının istehsalı, mühəndislik, avtomobil ehtiyat hissələrinin istehsalı, köhnəlmiş maşınların utilizasiyası və digər sahələrdə fəaliyyət göstərən İran şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
Tədbirdə iştirak etməkdə maraqlı olan yerli şirkətlər təmsilçilərinin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə “Azpromo”ya (tel.: (012) 598 01 47/48 və ya (012) 437 11 42, daxili 108; e-mail: vmirzayev@azpromo.az) bildirmələri xahiş olunur.
Tədbir haqqında ətraflı məlumat almaq istəyənlər Fonda müraciət edə bilərlər.
report.az