Məşhur aktyor İqor Kvaşa vəfat edib
31.8.2012

Rusiya Federasiyasının xalq artisti, tanınmış kino və teatr aktyoru, “Jdi menya” (Gözlə məni) verilişinin aparıcısı İqor Kvaşa vəfat edib.

Bu barədə məlumatı “Birinci kanal”ın mətbuat xidməti yayıb. “Sovremennik” teatrının yaradıcılarından biri, “Birinci kanal”ın “Jdi menya” verilişinin aparıcısı İqor Kvaşa saat 17:00-da vəfat edib” - deyə, mətbuat xidmətinin məlumatında deyilir.

İ.Kvaşa 1933-cü ilin fevral ayının 4-də Moskvada anadan olub. 1955-ci ildə M.Qorki adına Moskva Bədii Akademik Teatrının nəzdindəki studiya məktəbini bitirib. 1957-ci ildə isə “Sovremennik” teatrına dəvət alıb. O, ömrünün sonunadək bu teatrda çalışıb.

Qeyd edək ki, İ.Kvaşaya RF-nın xalq artisti adı 1978-ci ildə verilib.

http://www.fox.az