Sabah “Xətai” metrosunun bir hissəsi bağlanacaq, digər hissəsi isə istifadəyə veriləcək
23.12.2016

Dekabrın 23-dən etibarən “Xətai” metro stansiyasının uzun müddət bağlı olan tuneli sərnişinlərin istifadəsinə veriləcək.
Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
N.Paşayevin sözlərinə görə, sabahdan etibarən adıçəkilən stansiyanın digər tuneli təmirə bağlanacaq: “Uzun müddətdir “Xətai” metrosunun bir hissəsi təmirə dayanmışdı. İndi orada əsaslı təmir işləri aparılıb və sabahdan etibarən sərnişinlər həmin tuneldən istifadə edəcəklər. Stansiyanın digər hissəsi isə təmirə bağlanacaq”.

report.az