Müğənni Elnarə 3 uşağı ilə birgə klip çəkdirir
31.8.2012

Tanınmış müğənni Elnarə yeni klip çəkdirir. Bu barədə açıqlama verən müğənni bildirib ki, yaxın günlərdə fərqli formada bir klip çəkilişinə başlayacaq: “Klipə uşaqlarımla birlikdə çəkiləcəyəm. Bu, mənim ideyamdır. Həyat yoldaşım da bu fikri çox yüksək qiymətləndirdi və dəstəklədi”.

Müğənni yeni imicini də bu klipə görə dəyişdirdiyini deyib: “Saçımı qısa kəsdirəndən sonra bütün günü “uzun saçlarınız hanı” dedilər. İndi də uzatmışam, deyirlər “niyə belədir?” Bilmirəm onlar nə istəyirlər. Amma bu imic mənə çox lazım idi. Bu klip üçün məhz indiki imicimdə olmağım vacibdir.

Sözləri və musiqisi Günel Sərdarqızına məxsus olan mahnını müğənninin müqavilə bağladığı, “Centlemen” klipini çəkdirdiyi türk şirkəti tərəfindən ekranlaşdıracaq. Bu məqsədlə çəkiliş qrupu bu həftə Bakıya gələcək.

Fox.az