Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib.
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılğı ilə keçirilən yarışda 48 klubdan 366 cüdoçu qüvvəsini sınayır. Onlardan 315-i kişi, 51-i qadındır. Cüdoçular arasında ölkənin ən güclüləri də var.
Təntənəli açılış mərasimi bu gün saat 17:00-da olacaq. İki gün davam edəcək çempionatın qalibləri millinin növbəti təlim-məşq toplanışına dəvət olunacaq.
report.az