Azərbaycanda miqrasiya orqanlarına keçirilən test imtahanının nəticələri açıqlanıb
3.9.2012

Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbul olunmaq istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmək üçün namizədliyi qeydə alınan 392 nəfərdən 54-ü imtahan gəlməyib. 50 nəfər isə 70 və daha artıq bal toplayaraq növbəti mərhələyə buraxılıb.

Qeyd edək ki, miqrasiya orqanlarına qulluğa qəbulla bağlı test imtahanı dünən keçirilib.

APA