“Romeo və Cülyetta” tamaşası “SABAH” qrupları tələbələrinin təqdimatında
23.12.2016

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qruplarının üçüncü kurs aktyor sənəti ixtisası tələbələrinin ifasında “Romeo və Cülyetta” əsəri tamaşaçılara təqdim olunub.

ADMİU-dan bildiriblər ki, dünya ədəbiyyatının məşhur dramaturqlarından olan V.Şekspirin vəfatının 400 illiyinə həsr edilən tamaşanın rejissoru Əməkdar Artist Nofəl Vəliyevdir.

Universitetin prorektoru, professor Məryəm Əlizadə yaradıcı qrupu təbrik edib, mükəmməl səhnə tərtibatını və aktyor oyununu yüksək dəyərləndirib.

azertag.az