Azərbaycan paytaxtının əsas prospekti avtomobillərin hərəkəti üçün qismən açılıb
3.9.2012

Bakının Neftçilər prospekti iki aylıq təmirdən sonra hərəkət üçün açılıb. Bu barədə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Neftçilər prospektinin «Dalğa Plaza»dan Azadlıq prospektinədək hissəsi avtomobillərin hərəkəti üçün açılıb: «Hazırda Neftçilər prospektinin Yusif Səfərov küçəsinədək hissəsində təmir işləri davam edir».

Qeyd edək ki, Neftçilər prospekti bu il iyulun 14-dən təmir işlərinə bağlanıb.

APA