Bakının Neftçilər prospekti iki aylıq təmirdən sonra hərəkət üçün açılıb. Bu barədə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, Neftçilər prospektinin «Dalğa Plaza»dan Azadlıq prospektinədək hissəsi avtomobillərin hərəkəti üçün açılıb: «Hazırda Neftçilər prospektinin Yusif Səfərov küçəsinədək hissəsində təmir işləri davam edir».
Qeyd edək ki, Neftçilər prospekti bu il iyulun 14-dən təmir işlərinə bağlanıb.
APA