Mən tez-tez Bakıya səfər edirəm və şəhərdə müasir memarlıq nümunələrinin sayının artdığını görürəm.
Bu fikri İtaliyanın Florensiya şəhərində Azərbaycanın müasir memarlığına həsr edilmiş sərgidə iştirak etmiş Romualdo Del Bianko Fondunun direktoru Paolo Del Bianko söyləyib.
Direktor bildirib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Romualdo Del Bianko Fondunun təşkilatçılığı ilə keçirilən bu sərgi xüsusi əhəmiyyətə malikdir. Rəhbərlik etdiyi Fondun 30-dan çox ölkə ilə əlaqələrinin olduğunu bildirən direktor Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Fond arasında əməkdaşlığın 13 ildən çoxdur davam etdiyini vurğulayıb. O, Florensiyada təşkil edilən sərginin Azərbaycan memarlıq irsinin İtaliya ictimaiyyətinə nümayiş etdirilməsində mühüm vasitə olduğunu bildirib. Paolo Del Bianko Florensiyada belə möhtəşəm sərginin keçirilməsinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədovaya minnətdarlığını bildirib.
azertag.az