Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsm sərgisi açılıb.
Sərgidə məktəbin 30 gənc rəssamının müxtəlif janrlarda işlənmiş əl işləri nümayiş etdirilir. Şagirdlərin əl işləri əsasən rəngkarlıq, qrafika nümunələrindən ibarətdir.
Məktəblilər çəkdikləri rəsmlərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 25 il ərzində ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətləri, həmçinin gələcəklə bağlı arzularını təsvir ediblər. Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz də sərgidə nümayiş etdirilən rəsmlərdə əksini tapıb.
azertag.az