Rus Dram Teatrında “Əli və Nino” tamaşasının premyerası olub
26.12.2016

Dekabrın 24-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və Azərbaycanda Multikulturalizm ili çərçivəsində Qurban Səidin məşhur “Əli və Nino” romanı əsasında eyniadlı tamaşanın premyerası olub.

Valentina Reznikovanın yazdığı pyesin əsasını 1914-cü ildən 1920-ci ilədək olan dövrdə baş verən hadisələr təşkil edir.

Azərbaycan aristokratiyasının həyatından maraqlı faktlar, Bakının o dövrdəki mədəni və ictimai həyatı, ayrı-ayrı xalqların (Azərbaycan və Gürcüstan) mədəniyyətinə və inancına malik olan sevgilərin qarşılıqlı münasibətləri, həmçinin Əli və Ninonu bir-birindən ayıran faciəli hadisələr – bütün bunlar quruluşçu rejissor İlqar Safatın hazırladığı tamaşada əksini tapıb.

Baş rolları Rüfət Nəzərov, Murad Məmmədov və Həcər Ağayevanın ifa etdikləri səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

azertag.az