Sona Aslanovanın xatirəsinə həsr olunmuş gecə
3.10.2011

5 oktyabr 18:00-da Azərbaycanın musiqi mədəniyyəti muzeyində vokalçı Sona Aslanovanın xatirəsinə həsr olunmuş gecə keçiriləcək.
Azərbaycanın tanınmış opera müğənnisi və aktrisa 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub.Azərbaycanın opera səhnəsində Gülçöhrəni, Nigarı, Əslini böyük məharətlə oynayan və xeyli müddətdən bəri Amerika Birləşmiş Ştatlarında yaşamışdır. 2011-ci ilin fevral ayında Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişmişdir.