Bu ədviyyat qadınları xərçəngdən qoruyur
26.12.2016

Süd vəzi xərçəngi qadınlar arasında ən tez təsadüf edilən xərçəng növüdür. İldən ilə bütün dünyada süd vəzi xərçəngi halları artır.
Alimlər daim xərçəngin qarşısını alan, onun yayılmasını ləngidən vasitələri axtarır. Almaniya alimlərinin son araşdırmaları göstərib ki, "kapsaisin" maddəsi süd vəzi xərçəngi hüceyrələrinin bölünməsini və yayılmasını xeyli ləngidir, məhv olunmasını isə sürətləndirir.
Kapsaisin acı bibərin müxtəlif növlərində, xüsusilə çili bibərində çoxdur.

saglamolun.az