Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olublar.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov küçədə görülən yenidənqurma işləri barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev küçənin rəmzi açılışını bildirən lenti kəsib.
report.az