Dənizkənarı Milli Parkda pomidor festivalı keçirilmişdir
3.9.2012

Sentyabrın 1-də Dənizkənarı Milli Parkda “Bizim tarla” markası paytaxt sakinlərinə xoş anlar yaşatmışdır.

Tədbirdə məşhur aşpaz Fərhad Aşurbəyli “Bizim tarla” soyulmuş pomidor məhsulundan 1000 nəfərlik pomidor-yumurta cığırtması bişirmişdir.

Hamının xoşladığı bu xörək diametri 3 metr tavanın içində, uzunluğu bir metrdən çox taxta çömçələrdən istifadə edilməklə hazırlanmışdır. 200 litr təmizlənmiş tomatdan, 1500 yumurtadan, 15 litr zeytun yağından, bibər, duz və istiotdan ibarət bu xörək 40 dəqiqə ərzində bişirilmişdir. Bu müddətdə Əməkdar Artist Tünzalə Əliyevanın aparıcılığı ilə festivala toplaşmış Bakı şəhəri sakinlərinin və paytaxtımızın qonaqları arasında viktorina keçirilmiş, qaliblərə “Bizim tarla” məhsulları hədiyyə edilmişdir.

Sonda xörək tamaşaçılara paylanmışdır.

AzərTAc