Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar "İdman dayanıqlı inkişaf naminə" festival-müsabiqə keçirilib.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən festival-müsabiqədə paytaxt məktəbliləri arasında idman, intellektual və incəsənət yarışları təşkil olunub, tanınmış estrada müğənniləri konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı”na əsasən keçirilib.
azertag.az