Almaniyanın idman avtomobil istehsalçısı olan “Porsche” şirkəti 2013 model “911 Carrera 4”, “Carrera 4S Coupe” və “Convertible” modellerinin ilk rəsmi fotoları yayımlanıb.
Qeyd edilən modellərin texniki göstəriciləri rəsmi olaraq açıqlanmasa da, “Carrera 4” iki oval egzoz borusu, ondan daha güclü olan “Carrera 4S” isə dörd egzoz çıxışı ilə təchiz edildiyi məlumdur.
Bundan başqa “Carrera 4” və “Carrera 4S” əvvəlki versiyaya nisbətən daha ağır olacaq.
Şirkət yalnız onu açıqlayıb ki, mühərrik versiyalarında fərqin olmayacaq. Belə ki, “Carrera 4” 350 at gücünə malik 3,4 litrlik mühərriklə təchiz edilib.
“Carrera 4S”də isə 400 at gücü və 3,8 litrlik altı silindirli mühərrik quraşdırılıb.
Avtomobillərin qiyməti, digər texniki göstəricilərinin bir neçə gündən sonra açıqlanacağı gözlənilir.
Big.az