Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin gələn ilin birinci yarısında Azərbaycana səfər edəcəyi gözlənilir.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Azərbaycan-Qazaxıstan qeyri-formal dostluq qrupunun üzvləri ilə görüşündə bildirib.
Səfirin sözlərinə görə, gələn il həmçinin Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının növbəti iclasının keçiriləcəyi və iki ölkənin dövlət qurumlarının bir sıra nümayəndələrinin səfərləri gözlənilir.
B.İsabayev eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin EXPO-2017 sərgisinin açılışında iştirak etmək məqsədilə Astanaya səfər edəcəyinin gözlənildiyini də deyib.
Xatırladaq ki, Nursultan Nazarbayevin Azərbaycana səfəri bu il oktyabrın 12-də baş tutmalı idi, lakin onun xəstələnməsi ilə əlaqədar səfər təxirə salınıb.
report.az