Universitetlərin nəzdində kolleclər yaradıla bilər
28.12.2016

Azərbaycanda mövcud universitetlərin nəzdində 2 illik sub–bakalavr pilləsi (kolleclər) yaradıla bilər ki, bu da gənclərin orta ixtisas təhsili ilə əhatə olunma səviyyəsinin artırılmasına yönəldilib.

Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılacaq, onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji heyətinin potensialının qiymətləndirilməsi aparılacaq. Peşətəhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması planına əsasən, həmin müəssisələrin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması təşviq olunacaq.

trend.az