Dünyanın ən böyük və populyar sosial şəbəkəsi Facebook-da tanınmış şəxslər, şou-biznes ulduzları, şirkətlər, media qurumları və ayrı-ayrı adamların səhifələrinin like-larının sayı fasiləsiz artır.
Sosial şəbəkənin texniki servisi bu gün bəyan edib ki, həmin like-lar arasında saxta profillər və ümumiyyətlə, saxta like-lar az deyil.
Facebook bu saxta like-ları ləğv etməyə başlayır.
Məşhurlar, brendlər və ayrı-ayrı qrupların like-ları ciddi şəkildə yoxlanacak, feyk profillər və saxta like-lar ləğv ediləcək.
Sosial şəbəkənin əməkdaşları bildirirlər ki, belə saxta like-ların alıcıları marketinq və reklam şirkətləridir.
Onlar müştərilərinə Facebook-da səhifə yaradaraq, həmin səhifəni qısa zamanda populyar etməyi vəd edirlər. Müştəri pulu ödəyəndən sonra isə saxla like-lar işə salınır, səhifənin daimi oxucularının sayı yağışdan sonra göbələk təki artır.
Halbuki bu, heç bir effekt vermir.
Son vaxtlar səhmləri sürətlə ucuzlaşan Facebook-un banisi və rəhbəri Mark Sukerberq bu minvalla investorlarla reklam verən şirkətlərin etimadını bərpa etmək istəyir.
Milli.Az