"25 ilin akkordları" sənədli filmi ictimaiyyətə təqdim olundu
28.12.2016

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə "25 ilin akkordları" sənədli filmi çəkilib.

Filmin ideya və ssenari müəllifi Emil Hüseynli bildirib ki, 25 ildə Azərbaycanın xarici siyasətində əldə edilən uğurlar filmin əsas süjet xəttini təşkil edir.

Onun sözlərinə görə, filmdə Azərbaycanla yanaşı, xarici dövlətlərin tanınmış ictimai-siyasi xadimlərinin ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlarla bağlı fikirləri yer alıb.

Qeyd edək ki, sənədli film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sifarişi ilə çəkilib.

trend.az