Azərbaycan bu gün açılan və Dubay Əmirliyinin gömrük orqanının dəstəyi ilə təşkil edilən 22-ci xalça və incəsənət əsərlərinin sərgisində iştirak edir.
Sərgi yanvarın 15-dək davam edəcək.
Sərginin təşkilatçı-şirkətinin sədri Əbdül Rəhman İsa bildirib ki, Azərbaycan, İran və digər ölkələrdən yaşı 400 ildən çox olan xalçalar nümayiş olunacaq.
Onun sözlərinə görə, sərgidə müxtəlif ölkələrdən həm yun, həm də ipəkdən hazırlanmış 200 minə qədər xalça nümayiş olunacaq.
report.az