Kopenhagendə Müslüm Maqomayevin xatirə gecəsi keçirilib
4.9.2012

Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin xatirə gecəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, xatirə gecəsini uzun illər M.Maqomayevlə dostluq etmiş Sergey Yevdokimov açaraq onunla bağlı xatirələrindən danışıb, müğənninin həyat və yaradıcılığı barədə məlumat verib.

Daha sonra M.Maqomayevin yaradıcılığına dair video çarxlar nümayiş etdirilib.

Gecədə Danimarkada yaşayan azərbaycanlılarla yanaşı, digər xalqların diasporlarının, həmçinin yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

APA