Bakı Metropoliteninin «28 May» stansiyasının yeni layihəsi hazırlanıb.
Metropolitendən verilən məlumata görə, layihə artıq təsdiqlənib. Lakin yeni stansiyanın nə vaxt açılacağının vaxtı hələ müəyyənləşdirilməyib: «Hazırda «28 May» stansiyada yeni eskalatorların quraşdırılması başa çatmaq üzrədir. Yeni eskalatorların tədris ilinin başlanğıcında, yəni sentyabrın 15-dək istifadəyə veriləcək».
Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
APA