İndoneziyalı mütəxəssislər pencak-silat üzrə Azərbaycan yığma komandasının üzvləri üçün ustad dərsləri keçiblər
29.12.2016

İndoneziyadan dəvət olunmuş mütəxəssislər pencak-silat idman növü üzrə Azərbaycan yığma komandasının üzvləri üçün ustad dərsləri keçiblər.

“Sərhədçi” İdman Olimpiya Komleksində təşkil olunan tədbirdə əvvəlcə İndoneziyanın Bakıdakı səfiri Hüsnan Bəy Fanani çıxış edərək idmanın bu növünün incəlikləri barədə məlumat verib.

İnsan ruhi ilə ilahi yaradılışın vəhdətini təşkil edən pencak-silatın ölkəmizdə inkişaf etdiyini vurğulayan səfir yerli idmançılara hər zaman dəstək olduqlarını deyib.

Sonra İndoneziyadan dəvət olunmuş mütəxəssislər ustad dərslərinə başlayıblar. İdmanın bu növünün incəlikləri haqqında məlumat verən qonaqların praktiki çıxışları idmançıların marağına səbəb olub.

Azərbaycan millisinin baş məşqçisi Abbas Hünbətov ustad dərslərin idmançıların inkişafı baxımından mühüm addım olduğunu bildirib, ölkədə pencak-silatın kütləviləşməsi və ona marağın artmasının əhəmiyyətini qeyd edib.

azertag.az